image-2000x150
image-4c928704-ceb7-491c-baf5-097999ded63cbackend

Avropa Birliyi Şurası və Avropa Parlamenti qarşısında dinc aksiya keçirilib

image-768x150

Oktyabrın 21-də Azərbaycan İcması Avropa Birliyinin siyasi paytaxtı və Belçika Krallığının paytaxtı olan Brüssel şəhərində Avropa Birliyi Şurası və Avropa Parlamenti qarşısında dinc aksiya keçirib. Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən saytımıza məlumat verilib.

Aksiya zamanı Ermənistanın müharibə cinayətlərini, Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını əks etdirən posterlər nümayiş edilib.

Həmçini, dinc aksiya zamanı Azərbaycan İcması Avropa siyasətçilərini ikili standartlara son qoymağa dəvət edib və bildirib ki: “İkili standartlara son qoyulacağı təqdirdə regionda sülh, stabillik və normallaşma prosesləri uğurla davam edəcəkdir”.

Dinc aksiyada, Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK), Ana Vətən Avropa Azərbaycanlıları Qadınları Birliyi və Belçika Krallığında fəaliyyət göstərən Azərbaycan Evinin üzvləri yaxından iştirak etmişdir.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki