Dekabrın 17-də Avstraliyanın Sidney şəhərində erməni terrorçularının 1980-cı ildə terror etdərək öldürdükləri Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib.
Mərasimdə Türkiyənin Avstraliyadakı səfiri Ufuk Gezer, Baş konsul Ali Sevim, Avstraliya Yeni Güney Uelz (NSW) əyalətinin və Federal Parlamentin millət vəkiləri, Polis və Təhlükəsizlik nazirliyinin rəsmiləri, digər rəsmi dövlət adamları, türk təşkilatların təmsilçiləri iştirak ediblər. Türkiyənin Avstraliyadakı baş konsulluğunda keçirilən anım mərasimində Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti Mikayil Oyta da iştirak edib. Mərasimdə Avstraliya-Azərbaycan Assosiysiyası tərəfindən Mikayil Oyta türk şəhidlərinin abidəsi qarşısına gül çələngi qoyub xatirələrini sayğı ilə anıb.
“Avstraliya Federal dövlətindən erməni terrorçularının tezlikcə tapılıb ədalət məhkəməsinin qarşısına çıxarılmağını istəyirik. Şəhid Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin ruhlari şad, məkanları cənnət olsun”, – deyə Mikayil Oyta saytımıza bildirib.