image-2000x150
image-20230306052833_screenshot_2023-03-06_173053backend

Avstraliya hökuməti İrandakı vəziyyətlə əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib

image-768x150

Avstraliya hökuməti Azərbaycan icmasının İranda insan hüquqlarının pozulması ilə bağlı məktubunu cavablandırıb.

Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan və qadın hüquqları şöbəsinin müdiri Sara Azərsuna xarici işlər naziri, senator Penni Vonqun adından hökumətin Xarici işlər və ticarət departamentinin ünvanladığı məktubda bildirilib ki,  Avstraliya qəzəbləndirici davranışına və etirazçılara qarşı davam edən ölümcül və qeyri-mütənasib güc tətbiqinə görə açıq olaraq İran rejimini fəal və ardıcıl şəkildə pisləyib.

Nəzərə çatdırılıb ki, Avstraliya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Cinayət Məcəlləsi siyahısına daxil olunmasını və əməllərinə görə cavabdehliyini tələb edənləri yaxşı başa düşür. Lakin Cinayət Məcəlləsində nəzərdə tutulan siyahı dövlət subyektlərinə deyil, qeyri-dövlət subyektlərinə şamil edilir. İİKK isə tam olaraq İran dövlətinin tərkibinə daxildir və Cinayət Məcəlləsindəki terror təşkilatları haqqında müddəaların təsir dairəsinə düşmür: “Hökumət hesab edir ki, səfirliklər və diplomatik personal hökumətlər arasında rəsmi əlaqələri saxlamaq üçün vacibdir. Diplomatik əlaqələrimiz bizi narahat edən məsələlər, o cümlədən İranda insan haqlarının vəziyyəti ilə bağlı İran hökumətinə birbaşa müraciət etməyə imkan verir”.

Qeyd edilib ki, sanksiyalar hökumətin insanların hüquqların pozulmasına reaksiya vermək üçün istifadə edilə bilən tədbirlərdən yalnız biridir və Avstraliya hökuməti vəziyyəti, eləcə də digər mülahizələri diqqətlə qiymətləndirir.

İranda insan haqları ilə bağlı vəziyyətin Avstraliyanı çoxdan və ciddi şəkildə narahat etdiyinə, Avstraliya hökumətinin İranda etirazçıların edamını açıq şəkildə pislədiyinə, bütün edamların dərhal dayandırılmasına çağırdığına diqqət cəlb edilib.

“Hökumət İranda etnik və dini azlıqlara, qadınlara və qızlara qarşı rəftardan narahatdır. Bu yaxınlarda biz BMT-nin İqtisadi və Sosial Şurasının 14 dekabr 2022-ci il tarixli iclasındakı milli bəyanatımızda bu narahatlığı açıq şəkildə bildirdik. Avstraliya hökuməti bundan sonra da məqsədyönlü və strateji olaraq insan hüquqlarının müdafiəsi məqsədilə rejimə təzyiq göstərməyə davam edəcək”, – deyə məktubda vurğulanıb.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki