Oktyabrın 1-də Avstraliya İslam Birliyi Federasiyasının toplantısı olub. Tədbirdə Avstraliya-Azərbaycan Assosiyasının sədri Mikayıl Oyta da iştirak edib.
Bu haqda “Diaspornews.az”a Avstraliya-Azərbaycan Assosiyasından məlumat verilib.
Toplantıda Avstraliayanın NSW əyalətinin Maltikultral naziri Mark Küre veə NSW əyalətin milət vəkili Lynda Voltz, həmçinin Rusiyanın Avstraliyadaki səfiri Aleksey Pavlovski, Türkiyənin baş konsulu Ali Sevim, Azerbaycanın səfirliyinin təmsilçisi Ramil Qurbanov və digər qonaqlar iştirak ediblər.