image-2000x150
image-img-20231201-wa0011backend

Avstraliyada “Əli və Nino” filminin nümayişi olub

image-768x150

Azərbaycanın Avstraliyadakı səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə olaraq Avstraliyanın Sidney, Melburn və Brizbon şəhərlərində “Azərbaycan film gecəsi” keçirilib.

Səfirlikdən “Diaspornews.az”a bildirilib ki, noyabrın 30-dan dekabrın 15-dək Avstraliyanın iri şəhərlərində “Azərbaycan film gecəsi”ndə Azərbaycan və Avstraliya arasında dərin mədəniyyət körpüsünü simvolizə edən “Əli və Nino” filmi nümayiş etdirilib.

Yerli ictimaiyyətin, incəsənət adamlarının, diplomatların və bu ölkədə yaşayan soydaşlarımızın fəal iştirak etdikləri Sidney premyerasının açılışında çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov dünyanın bir sıra ölkələrində nümayiş etdirilən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filminin Azərbaycan xalqının milli azadlıq mübarizəsinə işıq salan ən dəyərli ekran əsərləri sırasında özünə layiqli yer qazandığını bildirib.

Diplomat “Əli və Nino” filminin nümayişinin iki ölkənin mədəni əlaqələrində xüsusi yer tutduğunu, filmin Azərbaycan tarixi və mədəniyyəti haqqında maraqlı məqamları təqdim etməklə tamaşaçıda xalqımızın keçmişi, mədəni zənginliyi barədə geniş təəssürat yaradacağına əminliyini ifadə edib.

V.Cəfərov qeyd edib ki, Avstraliyada yaşayan azərbaycanlı həmvətənlərimizin film gecələrinin təşkilində yaxından iştirak etməsi əlamətdar hadisədir. Onların zəngin Azərbaycan adət-ənənələrini və tarixini xarici ölkələrdə nümayiş etdirmək əzmi bir daha azərbaycanlıların harada yaşamasından asılı olmayaraq milli dəyərlərinə nə qədər sıx bağlılığının göstəricisidir.

Tədbirin sonunda qonaqlara Qurban Səidin “Əli və Nino” kitabı hədiyyə olunub.

image-avstraliya-film-gecesi-1 image-avstraliya-film-gecesi-2 image-avstraliya-film-gecesi-3 image-avstraliya-film-gecesi-4 image-avstraliya-film-gecesi-5 image-avstraliya-film-gecesi-7 image-avstraliya-film-gecesi-8 image-avstraliya-film-gecesi-9 image-avstraliya-film-gecesi-10 image-avstraliya-film-gecesi-11 image-avstraliya-film-gecesi-12 image-avstraliya-film-gecesi-13 image-avstraliya-film-gecesi-14

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki