image-2000x150
image-img_20220522_075036backend

Avstraliyada keçirilən parlament seçkilərində soydaşlarımız da fəallıq göstərib

image-768x150

Avstraliyada keçirilən federal parlament seçkilərində Avstraliya İşçi Partiyasının lideri Entoni Albanese qalib gələrək ölkənin yeni 31-ci baş naziri olub.

“Diaspornews.az” xəbər verir ki, seçkilərdə Avstraliya Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyi də fəal iştirak ediblər.
Avstraliya Azərbaycan Assosiasiyası (AAA) prezidenti Mikayıl Oyta Entoni Albanese baş nazir seçilməsi münasibəti ilə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli baş nazir,
Avstraliyada yaşayan Azərbaycan icması adından təbriklərimizi qəbul edin.
Avstraliyanın baş naziri seçilməyiniz üçün sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Sizə, hökumətinizə və Avstraliya xalqına uğurlar arzu edirik.
Mən sizin xeyrinizə olan bütün məsələlərdə sizinlə işləməyi və
Avstraliya icması və milli maraqlarımız naminə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.
Əminəm ki, Sizin rəhbərliyiniz altında
Avstraliya mənalı yollarla çiçəkləncək və inkişaf edəcək”.

image-img_20220522_075101

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki