Dekabrın 15-də Avstraliyanın Sidney şəhərində erməni terrorçularının 42 il öncə 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib.
Anım mərasimində Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti Mikayil Oyta da iştirak edib. Mərasimdə, həmçinin Türkiyə Baş konsulu, Avstraliya Yeni Güney Uelz (NSW) əyalətinin və Federal Parlamentin millət Vəkiləri, Polis və Təhlükəsizlik nazirliyinin rəsmiləri, digər rəsmi dövlət adamları, Türk təşkilatların təmsilçiləri iştirak ediblər.
Mərasimdə Avstraliya-Azərbaycan Assosiysiyası tərəfindən Mikayil Oyta türk şəhidlərinin abidəsi qarşısına gül çələngi qoyub xatirələrini sayğı ilə anıb.