image-2000x150
image-img-20220605-wa0049backend

Azərbaycan Belarusda 13-cü “Milli mədəniyyətlər” festivalında təmsil olunub

image-768x150

İyunun 3-dən 5-dək Belarus Respublikasının Qrodno şəhərində XIII “Milli mədəniyyətlər” festivalı keçirildi.

Bu haqdaDiaspornews.az“a Belarusun “Azərbaycan İcmaları Konqresi”ndən məlumat verilib.
Festivalın əsas məqsədi millətlərarası münasibətlərin daha da möhkəmlənməsi, musiqinin, poeziyanın, xoreoqrafiyanın, incəsənət və sənətkarlıq nümunələrinin, xalqların milli mətbəxinin nümayişinə yönəlmişdi. XIII Respublika Milli Mədəniyyətlət festivalı 30 ölkədən 800 iştirakçını  bir araya gətirərək  meydanda yürüşlə şəhərin qonaqlarını və sakinlərini salamladı.  Yürüş ən parlaq məqamlardan birinə çevrilərək, hər zaman ətrafına çoxlu tamaşaçı toplayan və eyni zamanda birlik nümayiş etdirən ən gözəl nümunədir. Yürüşün ilk sırasında azərbaycanlı nümayəndələr gedirdi. Burada Azərbaycanın Belarusdakı Səfiri Ülvi Baxşaliyev, Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov,  konqresin digər üzvləri, diaspor nümayəndələri, gənclər təşkilatı  və Belarus Respublikasında yaşayan həmvətənlərimiz var idi.

image-img-20220605-wa0078
Festivalın rəsmi hissəsində dövlət qurumlarının nümayəndələri; Belarus Respublikasının dövlət katibi Volfoviç A.Q., baş nazirin müavini Petruşenko İ.V., mədəniyyət  naziri Markeviç A.M. qonaqları və iştirakçıları salamlayaraq onları bayram münasibıti ilə təbrik  etdilər. Qrodno şəhər icraiyyə komitəsinin sədri Vladimir Karanik öz nitqində “Keçirilən festivala insanların ruhu qoyulub. Burada qonaqlar, tamaşaçılar yoxdur, burada hamı iştirakçıdır! Bizi öz qəlbinizə buraxmağa hazırsınızmı?” – deyərək konserti açıq elan etdi.

image-img-20220605-wa0046
Konsertin ilk çıxışı da azərbaycanlıların  iştirakı ilə oldu.  Olesya Kosoykinanın, Davud Zakirzadənin rəhbərlik etdikləri “Sarı gəlin”, “Odlar” rəqs ansambllarının   çıxışları, Günəşin ifa etdiyi “Ayrıllq” mahnısı alqışlarla qarşılandı. Festivalın birinci günü atəşfəşanlıqla sona yetdi.
Festivalın ikinci günü ilk növbədə iştirakçılara  Belarus mədəniyyət nazirliyi tərəfindən fəxri fərmanların  verilməsi ilə başladı. Belarusun “Azərbaycan icmaları konqresi”nin gənclər təşkilatının rəhbəri, eyni zamanda “Sarı gəlin” rəqs  qrupunun rəhbəri Olesya Kosoykina da «Milli mədəniyyətin  populyarlaşmasına mühüm töhfəsinə görə” fəxri fərmanla  təltif olundu. Şəhərin  mərkəzi hissəsində hər bir ölkənin mədəniyyətini, musiqisini, rəqslərini, mətbəxini  nümayiş etdirmək üçün xüsusi yerlər müəyyən edilib hazırlanmışdı. Burada nümayiş olunan hər bir xalqın özünəməxsus nümunələri heyrətedici idi. Azərbaycana ayrılan  hissədə ölkəmizin, Qarabağın gözəlliklərini təmsil edən tablolar, “Şuşa Azərbaycanın  mədəniyyət mərkəzidir” adlı plakat və milli nümunələri əks etdirən sərgi marağa səbəb oldu.

image-img-20220605-wa0043 Qonaqlar Azərbaycan mətbəxi ilə də tanış oldular, müxtəlif çeşidli yeməkləri və şirniyyatları dequstasiya etdilər.
Festivalın yekun hissəsi Avqustos Kanalında хüsusi proqramla sona çatdı.

image-img-20220605-wa0048
Festivalla bağlı Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov öz təəssüratlarını bölüşüb: “Belarusun “Azərbaycan İcmaları Konqresi” Belarus Respublikasının 13-cü “Milli mədəniyyətlər” festivalında Azərbaycanı layiqincə təmsil edib.  Bütün iştirakçılara və diaspora dəstəyinə və həmrəyliyinə görə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ülvi Baxşəliyevə xüsusi təşəkkürlər”.

image-img-20220605-wa0072image-img-20220605-wa0071image-img-20220605-wa0064

image-img-20220605-wa0062image-img-20220605-wa0058image-img-20220605-wa0073

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki