image-2000x150
image-13dec40f-09ab-4aea-9e2e-3d9844e7dc31backend

Azərbaycan brendi Team4U beynəlxalq Mebel Expo 2025 sərgisində ölkəmizi təmsil edib

image-768x150

Azərbaycanın mebel sənayesində fəaliyyət göstərən yerli brendlərindən biri olan Team4U şirkəti Rusiyanın Moskva şəhərində keçirilən Mebel Expo 2025 beynəlxalq sərgisində iştirak edərək ölkəmizi beynəlxalq platformada təmsil edib. Sözügedən sərgi mebel istehsalı, mexanizmlər və texnoloji avadanlıqlar sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri bir araya gətirən nüfuzlu beynəlxalq tədbirlərdən biri hesab olunur.

Sərgi çərçivəsində müasir mebel nümunələri ilə yanaşı, istehsal proseslərində istifadə olunan mexanizmlər və avadanlıqlar nümayiş etdirilib. Team4U-nun bu beynəlxalq platformada iştirakı Azərbaycanın mebel sənayesinin inkişaf potensialının və istehsal imkanlarının xarici bazarlara təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

Tədbir müddətində Team4U şirkəti bir sıra tanınmış beynəlxalq şirkətlərlə işgüzar görüşlər keçirib və əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlıqlar sırasında Hettich, MODUS, Aristo, Nuomi, Kuhni dizant, Walson və digər şirkətlərlə tərəfdaşlıq münasibətləri yer alır. Bu əlaqələrin gələcəkdə birgə layihələr və texnoloji təcrübə mübadiləsi baxımından əhəmiyyətli imkanlar yaradacağı bildirilir.

Beynəlxalq Mebel Expo 2025 sərgisində Azərbaycan brendinin təmsil olunması ölkəmizin qeyri-neft sektorunun inkişafı, yerli istehsalın təşviqi və ixrac imkanlarının genişləndirilməsi baxımından önəmli addım kimi qiymətləndirilir. Team4U-nun iştirakı Azərbaycan brendlərinin beynəlxalq sərgilərdə təmsilçiliyinin artmasına və ölkə imicinin gücləndirilməsinə töhfə verən nümunələrdən biridir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki