image-2000x150
image-img_20220329_003022backend

Azərbaycan diasporuna ağır itki üz verib

image-768x150

Azərbaycan diasporunun tanınmış simalarından biri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Cavid Səfərov ömrünün 56-cı ilində qəflətən vəfat edib.

2005-ci ildən Almaniyada yaşayan Cəvid Səfərov Azərbaycan elmini Almaniyada və Avropada yüksək səviyyədə təmsil edirdi. Rostock Universitetinin Texniki Termodinamika kafedrasında “Mayelərin istilik-fiziki xassələrinin araşdırılması” elmi laboratoriyasının rəhbəri, texnika elmləri namizədi idi.

Vətənsevərliyi ilə fərqlənən alim soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Beyin qazanma proqramı” və digər layihələrində dəfələrlə məruzəçi qismində çıxış edir, gənc həmkarlarına və tələbələrə tövsiyələrini verirdi.

1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olan Cavid Səfərov Azərbaycan Texniki Universitetinin məzunu idi. 1993-cü ildə vaxtından əvvəl “Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdı. 1993-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışıb.

2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetinin, 2006-cı ildən Almaniyanın Rostock Universitetinin elmi işçisi olub. Almaniyanın və Yaponiyanın elmi təqaüdlərinə layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Cavid Səfərovun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına və Almaniyada yaşayan soydaşlarımıza dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olur.

Allah rəhmət eləsin!

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki