image-2000x150
image-img_20220806_010757backend

“Azərbaycan istənilən təxribatın qarşısını ala biləcək gücə malik olan dövlətdir”

image-768x150

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumunu pisləyib. Bu haqda DFJD sədri Fuad Hüseynzadə “Diaspornews.az”a bildirib ki, siyasi sabitliyin hökm sürdüyü, ictimai asayişin yüksək səviyyədə qorunduğu ölkələr daha çox inkişaf edirlər: “Bu baxımdan Azərbaycan dövlətinin də əsas məqsədi ölkədə ictimai-siyasi sabitlik yaratmaqdır. Hazırda Azərbaycanda siyasi sabitlik yüksək səviyyədədir və ictimai asayiş aidiyyəti qurumlar tərəfindən qorunur. Azərbaycanın bu kimi uğurlarını ölkəmizdə səfərdə olan ən inkişaf etmiş ölkələrin rəhbərləri belə, dəfələrlə etiraf ediblər və digər dövlətlər üçün nümunə çəkiblər. Bütün bunlar Azərbaycana düşmən olan dövlətləri və onların lobbisini, eyni zamanda dövlətimizin inkişafını istəməyən xarici qüvvələri narahat edir. Onlar, xüsusən Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsini həzm edə bilmirlər və buna görə də ölkəmizə qarşı kəskin şəkildə aqressiv planlar yürütməyə cəhdlər edirlər. Buna görə də Azərbaycan daxilində ictimai-siyasi sabitliyin pozulması üçün hər hansı addım atmağa cürət etməyən müxtəlif dairələr, xaricdə ölkəmizlə bağlı təxribatlar törətməyə çalışrlar. Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumu da məhz bununla bağlıdır. Səfirliyin binasında vandalizm aktının törədilməsi, milli atributlarımıza qarşı hörmətsizlik qəbuledilməzdir. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq Londondakı səfirliyimizdə baş verən bu təxribat əməllərini pisləyirik”.

Fuad Hüseynzadə deyib ki, bu insident Diplomatik əlaqələr haqqında 53 maddədən ibarət Vyana Konvensiyasının birbaşa pozulmasıdır: “Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın Londondakı səfirliyinin, o cümlədən diplomatlarımızın təhlükəsizliyinin təmin edilməsi Britaniya hökümətinin üzərinə düşən öhdəlikdir. Təəssüf ki, Britaniya polisi bu hadisə zamanı sanki sadəcə müşahidəçilik edib. Şübhəsiz ki, Azərbaycan və Böyük Britaniyanın aidiyyəti qurumları tərəfindən bu təxribatın detalları birgə araşdırılacaq, əsl sifarişçilər və səbəbkarlar müəyyən olunacaq. Lakin heç bir dövlət və ya qurum Azərbaycanı təhdid, terror və ya təxribatla qorxuda bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü özü təmin edən müstəqil dövlətdir. İstər daxildə, istərsə də xaricdə Azərbaycana qarşı təxribat törədənlər heç zaman öz istəklərinə çata bilməyəcəklər. Azərbaycan belə təxribatların lazımi formada qarşısını ala biləcək, özünün ərazi bütövlüyünü və milli təhlükəsizliyini qoruyacaq gücə malik olan dövlətdir”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki