image-2000x150
image-img_20220808_192425backend

Azərbaycan Krasnoyarskda keçirilən media festivalında təmsil olunub

image-768x150

Avqustun 4-5-də Krasnoyarskda dördüncü regionlararası humanitar və maarifləndirici “Спас на Енисее-2022” media festivalı keçirilib. Tədbir üç istiqamətdən ibarət olub: jurnalist yazılarının yaradıcılıq müsabiqəsi, dəvət olunmuş media məruzəçiləri ilə ustad dərsləri, eləcə də mətbuat nümayəndələrinin Krasnoyarsk diyarının unikal mənəvi və mədəni obyektlərinə ekskursiyası.

“Diaspornews.az” xəbər verir ki, Krasnoyarsk diyarının Xalqlar Dostluğu Evi mediaturun keçirildiyi məkanlardan birinə – “Millətlərarası Krasnoyarsk”a çevrilib. Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk bölməsinin fəalları genişmiqyaslı tədbirdə iştirak edərək qonaqları ləziz Azərbaycan milli yeməyi yarpaq dolması, eləcə də saz və ud musiqi alətlərində ifa olunan gözəl melodiyalarla qarşılayıblar. Krasnoyarsk diyarının müxtəlif milli-mədəni muxtariyyətlərinin nümayəndələri KİV nümayəndələrini mədəniyyətlərinin özəllikləri ilə tanış ediblər.
Tədbirin təqdimat hissəsindən sonra “Odlar yurdu” Azərbaycan Xalq mahnı və rəqs ansamblının solistləri ən qədim Azərbaycan rəqslərindən olan “Köçəri” mövzusunda əyləncəli ustad dərsi keçiriblər.
Xatırladaq ki, Azərbaycanlı gənclər Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudovun dəstəyi ilə tədbirə qatılıblar.

image-img_20220808_192403image-img_20220808_192335

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki