image-2000x150
image-img_20220517_192511backend

Azərbaycan-Monteneqro turizm əlaqələri genişləndirilir

image-768x150

Bu

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Monteneqronun Milli Turizm Təşkilatı arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, turist səfərlərinin sayının artırılması, eləcə də infoturların təşkili və qış turizminin təbliği məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Monteneqroda baş tutan görüşdə iki təşkilat arasında peşəkarlıq kurslarının keçirilməsi, təcrübə mübadiləsinin aparılması,o cümlədən birgə turların təşkili və çarter reyslərinin sayının artırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ATAA ilə Monteneqro Hotel Assosiasiyası arasında azərbaycanlı turistlərin qarşılanması və yerləşdirilməsi məsələləri də müzakirə olunub.
Tədbirdə iştirak edən ATAA İdarə Heyətinin sədri Rüfət Hacıyev, Monteneqronun Milli Turizm Təşkilatının direktoru Ana Tripkoviç Markoviçə, Montoneqronun ticarət palatasının direktoru Ranko Javoviç və Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqrodakı ticarət palatasının nümayəndəsi Seyran Mirzəzadə iki ölkə arasında mövcud iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, turizmin bu istiqamətdə prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıblar.
Görüşdə iki ölkənin turizm təşkilatları gələcəkdə də qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki