image-2000x150
image-img-20220327-wa0014backend

Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin Haaqa şəhərində növbəti möhtəşəm konserti keçirilib

image-768x150

Azərbaycan Respublikası Prezidenti tərəfindən bu il “Şuşa ili” elan edilməsi münasibətiylə Niderlandda fəaliyyət göstərən Azərbaycan-Niderland Odlar Yurdu cəmiyyətinin sədri Frəngiz Bağırova və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə möhtəşəm bir konsert programı təşkil edilmişdir. Konsert proqramı, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Azərbaycan Dövlət himni ilə öz işinə başladı. Şuşa şəhəri haqqında film nümayişi və salınma tarixi haqqında məlumatdan sonra konsert açıq elan edildi. Programda yerli musiqiçilər Cavid Səlimov (tar), Elcan Rzayev(piano/vokal) və Frəngiz Bağırova (vokal) iştrakından başqa Azərbaycandan Əməkdar artist, kamança ustası Xəyyam Məmmədov, Vyana Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli və Almaniyadan gələn xanəndə Vüsalə Jabir da iştrak etmişdilər. Qonaqların arasında Niderlandda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyin nümayəndələri, Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları, UNESCO birliyin nümayəndələridə var idi. Eləcə də, konsertdə, burada fəaliyyət göstərən Azərbaycan icmalarının üzvləri və yerli qonaqlar da istirak edirdilər. Proqramda dünya və Azərbaycan xalq və bəstəkar musiqisi ifa olunmuş,
ecazkarlığı ilə Azərbaycan musiqisi yerli dinləyiciləri heyran etmişdir.
Öz çıxışında Azərbaycan-Niderland Odlar Yurdu cəmiyyətinin sədri Frəngiz Bağırova Şuşa haqqında məlumat vermiş və bu sözləri demişdir:
“Şuşa, ümmumiyətlə, Qarabağ, hər bir Azərbaycanlının müqəddəs yeridir.
7 may 2021 ci il Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən Şuşa şəhəri yurdumuzun Mədəniyyət Paytaxtı elan edilmişdir.
Bu günkü ifaçılarımızın çoxu da Qarabağlıdırlar. Bu konsertimizin əsas məqsədi sizinlə bərabər virtual olaraq Şuşaya səyahət etməkdir.
Sonunda Ümummilli lider Heydər Əliyevin dediyi bir çümləni təkrar etmək istəyirəm.
“Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil”.

image-img-20220327-wa0011

image-img-20220327-wa0010

image-img-20220327-wa0013

image-img-20220327-wa0009

image-img-20220327-wa0005

image-img-20220327-wa0007

image-img-20220327-wa0004

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki