image-2000x150
image-img-20220120-wa0137backend

Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə start verilib

image-768x150

Layihə Azərbaycanla Polşa arasında tarixi əlaqələrin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunur

Bu il Azərbaycanla Polşa arasında tarixi əlaqələrin və dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək. “Diaspornews.az“ xəbər verir ki, “Azərbaycanla Polşa arasında mədəni körpü” adlı layihənin təşəbbüskarı və dəstəkçisi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidir.
Layihəni Azərbaycanda partnyor qurum olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi icra edəcək. Eyni zamanda layihənin icrası zamanı Polşanın Azərbaycandakı səfirliyi, Bakıdakı “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi ilə əməkdaşlıq nəzərdə tutulub.
Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara yaxından tanıtmaq, diaspor və vətəndaş cəmiyyəti olaraq iki ölkə arasından əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində hər iki ölkədə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.

Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki