Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi ilə Monteneqronun dövlət təsisatı olan Milli azlıqların mədəniyyətinin qorunması və inkişafı Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Diaspornews.az” Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinə istinadən xəbər verir ki, memorandum qarşılıqlı səmərəli əməkdaşlıq əsasında Azərbaycan və Monteneqro xalqları arasında ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət və incəsənət sahəsində birgə sərgilərin, seminarların, konfransların, təqdimatların keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, tərəflər arasında memorandumun imzalanması Monteneqro mətbuatında da geniş işıqlandırılıb.