image-2000x150
image-d3418dac-ea6d-3f00-890b-422c4ab2476bbackend

Azərbaycan və Ukrayna diasporları arasında əməkdaşlıq memorandumu imzalanıb

image-768x150

Azərbaycan və Ukrayna diasporları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanıb.

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.

Sənəd Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ilə Azərbaycan Ukraynalılarının Birləşmiş İcması arasında imzalanıb.

Səfir bildirib ki, memorandum iki xalq arasında dostluğun gücləndirilməsi üçün möhkəm zəmin yaradır: “Həmçinin memorandum Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın inkişafı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki