image-2000x150
image-2jpg-1623573844backend

Azərbaycanın dövlətinin məqsədi regionda sülhün və sabitliyin təmin olunmasıdır

image-768x150

Azərbaycan dövləti hər zaman qonşuluq prinsiplərinə uyğun olaraq qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşayıb. Və bu gün də Azərbaycan qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Lakin Ermənistan tərəfindən mətəmadi olararaq Azərbaycana qarşı təxribatlar edilir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəsi pozaraq hərbiçilərimizə və mülki əhaliyə atəş açıb və soydaşlarımızı qətlə yetiriblər. Son olaraq 2022-ci ilin sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb: “Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib”.
Bütün bunlara baxmayaraq Ermənistan tərəfi dezinformasiyalara yayır, Azərbaycana qarşı böhtanlar ataraq beynəlxlaq aləmi altadmağa çalışır. Azərbaycan dövləti öz sərhədlərinin təhlükəsizliyini qoruyur və məqsəd Ermənistanın təxribatlarına son qoymaqdır. Xatırladaq ki, ötuz illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabrın 12-də törətdiyi genişmiqyaslı təxribatla əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir.
Azərbaycan hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır. Bu təxribatlarla bağlı sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Müşavirədə qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.
Azərbaycanın dövlətinin məqsədi regionda sülhün və sabitliyin təmin olunmasıdır. Məhz buna görə də Azərbaycan hər zaman müharibəyə qarşı olub. Ermənistan isə hər zaman sülh danışlqarına qarşı olaraq təxribatlara üstünlük veririr. Ermənistan tərəfindən törədilən son təcavüz aktı növbəti təxribat hadisəsidir. Azərbaycan QHT-ləri Ermənistanın bu təcavükarlığını və təxribatçı əməllərini pisləyir. Bütün dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini və qanun pozuntularını qınamalıdır.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki