image-2000x150
image-75c0f6c0-a587-4547-9b68-e5c2f728dd86backend

Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihə həyata keçiriləcək

image-768x150

Fransada hər zaman erməni lobbisi fəallığı ilə seçilib. Rəsmi Paris də əksər zamanlarda çıxardığı qərarlarda və yürtdüyü siyasətdə ermənipərəstliyini göstərib. Bu günlərdə Fransa dövlət rəhbərliyi tərəfindən verilən bəyanatlar, Fransa Senatının və Milli Assambleyasının Azərbaycanın əleyhinə qəbul etdikləri qətnamələr bunun bariz nümunəsidir. Amma bu, heç də Fransa xalqının mövqe və rəyini ifadə etmir. Bu haqda Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə KİV-ə məlumat verib.
Fuad Hüseynzadə deyib ki, Fransa parlamentinin üzvlərini fransız xalqı seçsə də, yerli xalqın Azərbaycan haqda mövqeyi və düşüncəsi tamam fərqlidir. Fransız xalqının hər hansı bir məsələdə fikir və rəyi Fransa dövlətinə və parlamentinə təsir etmək gücünə malikdir: “Məhz bu tendensiyadan çıxış edərək Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq “Fransadan Azərbaycana baxış” layihəsini könüllü icra edəcəyik. Bizimlə bu layihədə Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfdaşlıq edəcək.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin Fransada məhz elə fransızların dili ilə yayılması və ermənilərin ölkəmiz haqqında dezinformasiyalarının ifşa olunması, həmçinin sıravi fransızların Azərbaycan haqqında fikir və düşüncələrini öyrənməkdir.
Layihə çərçivəsində ilkin olaraq Fransının tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərindən Azərbaycanla bağlı fikir və düşüncələrini ifadə edən müsahibələr alıb hər iki ölkənin yerli mediasında yayımlayacağıq. Layihənin ikinci mərhələsində isə bu müsahibələr toplanıb fransız dilində çap ediləcək. Sonra bu kitab Fransa kitabxanalarında yayımlanacaq. Xüsusən də Fransa rəsmi qurumlarına, ən əsası parlamentarilərin birbaşa ünvanlarına göndəriləcək. Bununla da Azərbaycan-Fransa xalqları arasında körpülərin qurulmasına, Azərbaycanın Fransada lobbiçiliyinə vətəndaş cəmiyyəti olaraq töhfə vermiş olacağıq”.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki