image-2000x150
image-img-20221212-wa0001backend

Azərbaycanın Niderland Krallığındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

image-768x150

Bu gün Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilmişdir.
Tədbirə, Burada fəaliyyət göstərən İcma və təşkilat üzvləri, diaspora fəalları və yerli qonaqlar qatılmışdılar.

Tədbirdə, eləcə də, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Elsevər Məmmədovun dəvətilə Avropada işgüzar səfərdə olan, Azərbaycandan gələn qonaqlar, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, hüquq məsələləri üzrə sədr müavini Məcid Məmmədov, hüquq departamentinin rəhbəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vəkil Vüsal Səfərov, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Məhəmməd Məmmədov iştirak etmişdilər.

Tədbiri açıq elan edən səfir Rəhman Mustafayev hər kəsi salamladıqdan sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Mərhum Heydər Əliyevin həyat illərindən danışan səfir Rəhman Mustafayev, Ulu Öndərin vətənimizin ağır zamanında yetib, Azərbaycanı dağılmaq, bir ölkə kimi məhv olmaq təhlükəsindən xilas etməyindən söz açdı. l Qarabağ müharibəsi dövrundən, Qaçqınlıq həyatı yaşayan soydaşlarımızdan, iqtisadi və siyası böhrana düçar olmuş vətənimizin ağır günlərində onu dirçəldən Ulu Öndərimizin apardığı siyasət ritorikasına nəzər saldı.

Səfir, müasir Azərbaycanın inkişaf modulunun məhz, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğundan danışdı. O, həmçini, hazırki prezidentimiz İlham Əliyevin layiqli davamçı olduğunu qeyd etdi.

Səfir Rəhman Mustafayevin nitqindən sonra, söz “Dayaq”İctimai Birliyinin sədri Qalib Əliyevə verildi. Daha sonra, Niderlandda fəaliyyət göstərən təşkilat başçıları da çıxışlar etdilər.

Çıxış edənlər, müasir Azərbaycanın memarı Heydər Əliyevdən həyat və fəaliyyətindən söz açdılar, onun ruhuna dualar etdilər.

Tədbirin rəsmi hissəsindən sonra, qonaqlar ehsan süfrəsinə dəvət olundular.
Sonda, fikir mübadiləsi aparıldı və xatirə fotoları çəkildi.

BAK mətbuat xidməti

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki