image-2000x150
image-fb_img_1642740370866backend

Azərbaycanın Ukraynadakı ecazkar səsi

image-768x150

Qurban Abbasov: “Azərbaycan xalqının mədəniyyətini və incəsənətini təbliğ edir, habelə Kiyev və Ukraynanın ictimai və mədəni həyatında fəallıq göstəririk”

Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin inkişafına çox böyük töhfə verir. Mərkəz Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılması və təbliği istiqamətində aktiv işlər görür. Həmçinin Mərkəzdə Ukraynada doğulmuş, böyümüş azərbaycanlı uşaqlara və gənclərə Azərbaycanın mədəniyyəti yaxından öyrədilir. Bu haqda “Diaspornews.az“a Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xalq artisti Qurban Abbasov ətraflı məlumat verib.

image-fb_img_1642740263685
Qurban Abbasov bildirib ki, 2009-cu ildə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin məqsədi mədəni-maarif işləri aparmaq, Ukraynada yaşayan azərbaycanlıların milli şüurunun formalaşmasına və inkişafına dəstək göstərmək, ana dilini, adət və ənənələri qorunub saxlamaqdır:  “Azərbaycan xalqının mədəniyyətini və incəsənətini təbliğ edir, habelə Kiyev və Ukraynanın ictimai və mədəni həyatında fəallıq göstəririk. Mərkəz Kiyev Şəhər Dövlət Administrasiyası, Ukrayna Mədəniyyət Nazirliyi, Mədəniyyət Departamenti, Millətlər və Dinlər üzrə Baş İdarə, Kiyev Şəhər Xalq Yaradıcılığı Mərkəzi, Ukrayna Milli İcmaları Şurası, habelə rayon mədəniyyət idarələri ilə əməkdaşlıq edir. Mərkəzdə hələ 1999-cu ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yaradılmış “Azərbaycan” xalq mahnı və rəqs ansamblı (xoreoqraf – beynəlxalq müsabiqələr laureatı Sergey Şevçenko),  vokalçılar studiyası, “Cücələrəm” uşaq xoreoqrafik ansamblı, simli kvartet və “Azərbaycan” rəqs qrupu aktiv yaradıcılıq fəaliyyəti göstərir. 2001-ci ildə Kiyev Vilayət Dövlət Administrasiyasının Mədəniyyət İdarəsi tərəfindən “Azərbaycan” mahnı və rəqs ansamblına “Xalq öz fəaliyyət kollektivi” adı verilmişdir. Kollektiv ilk dəfə 1999-cu il dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbirdə çıxış edib. O vaxtdan “Azərbaycan” xalq mahnı və rəqs ansamblı Ukraynanın həm paytaxtında, həm də vilayət mərkəzlərində keçirilən şəhər və dövlət mədəniyyət tədbirlərinin, bayramların, konsertlərin, festivalların: Kiyev günü, Ukrayna Konstitusiyası Günü, Ukraynanın Müstəqillik Günü, Novruz bayramı, milli adət-ənənələr bayramı “Folklorama”, milli azlıqların “Hamımız sənin övladlarınıq, Ukrayna!” festivalı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, “Qafqaz aləmi” festivalı, “Sizi süfrəyə dəvət edirik” milli mətbəxlər festivalı, “Ukrayna ailəsi” ümumkrayna festivalı və s. iştirakçısı olub”.

image-img_20220121_085033
Qurban Abbasov deyib ki, “Azərbaycan” xalq mahnı və rəqs ansamblı çoxlu təşəkkürlər, sertifikatlar, diplomlara sahibidir: “Ansambl yüksək ifaçılıq bacarığına malikdir, daim yaradıcılıq axtarışındadır. Ansamblın fəaliyyəti kiyevlilərə və şəhərin qonaqlarına parlaq və şən folklor rəqsləri və mahnıları bəxş edən, onların yaddaşında unudulmaz təəssürat və xatirələr buraxan Azərbaycan mədəniyyətinin Ukraynada təbliğinə yönəlib”.

Xalq artisti qeyd edib ki, ötən il Ukraynanın Truskavets şəhərində dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib: “Müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşdı. Bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər. Bu müsabiqədə çox istedadlı vokalistlər iştirak edirlər. Bu müsabiqədə ukraynalı müğənni Natalya Kudryaşovanın əməyini xüsusi vurğulamaq istərdim. O, bütün bu tədbirlərdə əlindən gələni edir ki, işimiz yüksək səviyyədə olsun. Xatırladım ki, bu il Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunan V Beynəlxalq vokal mahnı müsabiqəsi keçiriləcək”.

image-fb_img_1642740388220
Qeyd edək ki, Qurban Abbasov Ukraynadakı Azərbaycan diasporu ilə də sıx əməkdaşlıq edir. Ukraynanın paytaxt və regionlarında diasporumuzun keçirdiyi əksər tədbirlərə Qurban Abbasov öz ecazkar səsi ilə xüsusi gözəllik verir.
image-fb_img_1642740680887

image-fb_img_1642740353514

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki