Bu günlərdə Krasnoyarsk şəhərindəki Xalqlar Dostluğu Evində “Asiya Sibir-2023″ Millətlərarası İstedad və Gözəllik Müsabiqəsinin finalı baş tutub.
Müsabiqənin 10 iştirakçısı bir ay ərzində müxtəlif istiqamətlərdə, o cümlədən kreativ çıxışlar, videoçarxlar hazırlamaq, nitq məşqi etmək və milli geyimlərdə çıxış etməklə öz çıxışlarını hazırlayıblar. Müsabiqənin builki mövzusu “Doğma yurdun musiqisi” olub.
Müsabiqədə Azərbaycan mədəniyyətini 2 iştirakçı – Gülmirə Qəsrətova və Tamilə Tomarova təmsil ediblər.
Qızlarımız Azərbaycan mədəniyyətini layiqincə təqdim ediblər və Gülmirə Qəsrətova 2-ci vitse-miss “Asiya Sibir-2023” olub.
“Asiya Sibir” unikal müsabiqədir, milli mədəniyyətlərin gözəlliyini və müxtəlifliyini nümayiş etdirir və hər bir iştirakçıya özünü qalib kimi hiss etməyə imkan verir. Bu il 17-ci dəfə keçirilən müsabiqə öz rəngarəngliyi və möhtəşəmliyi ilə yenidən bütün tamaşaçıları valeh edib.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Krasnoyarsk bölməsi və Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti yarışma boyu və finalda iştirakçılarımızı dəstəkləyib və onları səmimi qəlbdən təbrik edir, həmçinin bu müsabiqənin bütün təşkilatçılarına təşəkkür edir!