image-2000x150
image-144728-1643384911backend

Azərbaycanlı gənc idmançı Volqaqrad şəhərinin simasına çevrilib

image-768x150

Rusiya Federasiyasının Volqaqrad şəhərində öz uğurları ilə seçilən azərbaycanlı gənclərimiz, hətta yerli xalq tərəfindən nüminə göstərilir. Bu baxımdan 20 yaşında MMA üzrə dünya çempionu olan Asəf Çopurovu da qeyd etmək olar. Gənc həmvətənimiz bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən MMA üzrə dünya çempionatında qızıl medal qazanmaqla Volqaqrad şəhərinin simasına çevrilib.

image-img-20220301-wa0044

Xatırladaq ki, Asəf Çopurov 17.11.2001-ci ildə Volqoqradda anadan olub. 2008-ci ilə qədər bu şəhərdə yaşayıb. Sonra Bakı şəhərinə köçüb. İki il burda yaşayandan sonra yenidən Volqaqrada qayıdıb. Az yaşda idman kariyerası quraraq məşhurlaşıb.
Ötən il Rusiya çempionu olub. Ən son uğuru isə Əbu-Dabidə olub. Həsənəli Həsənəliyevin tələbəsi MMA üzrə 18-20 yaşlı yeniyetmələr arasında dünya çempionu olub.

image-img-20220301-wa0043
Onun bu yarışdan qayıdarkən təntənəli şəkildə qarşılanma mərasimi olub.
Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatı tərəfindən soydaşlarımızın onunla görüşü keçirilib.
Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Əhmədov Asəf haqqında böyük fəxr hissi ilə danışıb: “Bir dəfə jurnalistlərdən bir Asəfə sual verib ki, gələcəkdə kim olmaq istəyirsən. Cavabında “Gələcəkdə insan olmaq istəyirəm” deyib. Görürəm ki, həqiqətən düşüncəli gəncdir. Belə gənclərə biz də gərək dəstək olaq. O, Azərbaycan gənclərinə gözəl  nümunədir. Belə gənclərimizi tanıtmalıyıq. Asəf bizim fəxrimizdir. Asəflə burada görüş keçirdik. Həmin görüşdə gənclərə idmanla məşğul olmağı, adət-ənələrimizi qorumağı tövsiyə etdim. Asəfdən nümunə götürmələrini bildirdim. Qərib ölkədə 20 yaşlı gəncin Rusiya və dünya çempionu olması bir günün işi deyil. Bunun üçün gecə-gündüz əziyyət çəkib, davamlı məşqlər edib. Asəflə bağlı vudeoçarx (https://youtu.be/AWiZPfPURhQ) çəkildi. O videoçarx sosial şəbəklərdə yayılandan sonra bir gündə Volqaqradda idman zalına 50 nəfərdən artıq gənc gəldi”.
Qeyd edək ki, Asəf Çopurov iyunun 22-də Abdulmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq Master Turnirə hazırlaşır.

image-img-20220301-wa0042

image-img-20220301-wa0037

image-img-20220301-wa0034

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki