image-2000x150
image-img_20220225_180216backend

Azərbaycanlı jurnalistlərin Xocalı soyqırımı ilə bağlı yazısı İndoneziya mediasında gündəm olub

image-768x150

Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkün Xocalı soyqırımı ilə bağlı birgə hazırladıqları yazı İndoneziyanın ən nüfuzlu 10 media orqanında yayımlanıb.

Antaranews.com , teropongpost.co.id, gpriority.co.id, warnaplus.com, kanalindonesia.com, minanews.net, kempalan.com və digər mətbuat orqanlarında “Xocalı soyqırımı: bəşəriyyətə qarşı cinayət” başlığı və “Bu soyqırım aktı bütün dünyanın gözü qarşısında baş verib” yarımbaşlığı ilə yayımlanan yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırıldığı qeyd olunur.
Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə yayımlanan yazıda həmçinin diqqətə çatdırılır ki, bütün dünyanın Xocalıda baş verənlərdən xəbəri olması zəruridir ki, bir daha bu cür dəhşətli hadisələr təkrarlanmasın: “Ona görə də Xocalı soyqrıımına təkcə ermənilərin Azərbaycanlılara qarşı qətliamı kimi yanaşmaq doğru deyil. Xocalı soyqrımım bütün insanlığa qarşı yönələn cinayətdir və bütün dünya buna hüquqi və siyasi qiymətini verməlidir”.
Məqalədə həmçinin 1992-ci ildə Xocalı soyqırımının dünyanın nüfuzlu mediası tərəfindən də işıqlandırıldığı qeyd olunur və “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Röyter”, “Sandey Tayms”, Tayms” kimi nəşrlərdən sitatlar verilir.
Xocalı soyqırımı nəticəsində konkret rəqəmlərlə itkilərdən və dəhşətli nəticələrdən söz açılan yazıda qeyd olunur ki, bütün bu vandallığı həyata keçirən erməni silahlı birləşmələrinə komandanlığı Ermənistanın sabiq prezidentləri Koçaryan və Serj Sərkisyan ediblər və çox təəssüf ki, hələ də cəzasızdırlar.
Daha sonra bir çox ölkələrin Xocalı soyqırımını rəsmən tanıdığı və bu prosesin davam etdiyi önə çəkilir: “Hesab edirik ki, digər ölkələr də ədalətin yanında olmalı və bəşəriyyətə qarşı törədilmiş bu soyqırım aktına öz hüquqi və siyasi qiymətini verməlidir. Bunun üçün ciddi araşdımaya ehtiyac yoxdur. Bu soyqırım aktı bütün dünyanın gözü qarşısında baş verib və dünya mətbuatında məsələ ilə bağlı kifayət qədər məlumatlar var.
Bəşəriyyətə qarşı yönələn bu cinayətin bir daha təkrarlanmamasını arzu edirik. Buna görə də, bütün dünyada fəaliyyət göstərən həmkarlarımızı bu soyqırım aktının daha çox işıqlandırmalarına və ədalətin öz yerini tapmasına dəstək vermələrinə çağırırıq”.

Yazıların bir hisəsinə bu linklərdən daxil olmaq mümkündür:

https://www.antaranews.com/berita/2725741/genosida-khojaly-kejahatan-terhadap-kemanusiaan?fbclid=IwAR2ICBaVttxjfJ13qLrnEjlqNU_fVSDnm1CC2j8zGl-2gYB-I9krg3fM434

http://teropongpost.co.id/?p=1914&amp=1&fbclid=IwAR2vdqUH-p9D0vkCszp4CQhXzf02YdWyJBANaHdRfUUNdQ-q9SOoVxMDfvo

https://gpriority.co.id/genosida-khojaly-kejahatan-terhadap-kemanusiaan/?fbclid=IwAR3F6A8xefOpH5XE2YGEOV2fBi-l0jK28J4ISRDCGvAWrdLblMgFrJDvB3A

https://www.warnaplus.com/genosida-khojaly-kejahatan-terhadap-kemanusiaan/?fbclid=IwAR0aO01GiIEuel-a07XoePTbrVG6AQNBdyuIz6tLQYWkszSMIkxOsakV8qs

https://kanalindonesia.com/24738/genosida-khojaly-kejahatan-terhadap-kemanusiaan/?fbclid=IwAR2iBIphCfOBu-F9vBAeMJpm4vzbCvfFVoFgWGabDlCGXBO1Wxk7cl69HHM

https://minanews.net/genosida-khojaly-kejahatan-terhadap-kemanusiaan/?fbclid=IwAR3fC2rk25rfHiPqxMq7qN1H4mGcrJ8lgd1cw_R60aidqXCP0LCMTH1hV_M

https://kempalan.com/2022/02/24/genosida-khojaly-kejahatan-terhadap-kemanusiaan/?fbclid=IwAR3CK2VeTXX2LS8Hrnxv5v_Cz3KK66-bjSr93ykIKedEw8cVz3C-DNZVtwc

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki