image-2000x150
image-img-20220913-wa0047backend

BAK Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb

image-768x150

Azərbaycan-Ermənistan sərhəddində 12 sentyabr 2022-ci ildə baş verən gərginliyi və müharibə vəziyyətini nəzərə alaraq, Benilüks Azərbaycanlıları Konqresi, eləcə də orada yaşayan szərbaycanlılar adından, Niderland Krallığında fəaliyyət göstərən təşkilat və qurumlara, eləcə də Avropa Parlamentinə və Avropa ictimaiyyətinə bəyənatla müraciət edib.

Bəyənatda deyilir: “12 sentyabr tarixində Ermənistan tərəfindən hərbi yolla Azərbaycan hərbi qulluqçularının qətlə yetirilməsi və hərbi infrastrukturuna zərbə vurulma və dağıntılara məruz qoyulma halı baş vermişdir.

Təəssüflə nəzərinizə çatdırırıq ki, bu, Azərbaycanın təşəbbüskarı olduğu sülhməramlı prosesə Ermənistanın ilk təxribatçı cavabı deyildi. Ermənistan müxtəlif bəhanələrlə nizamlanma prosesini dayandırır, beynəlxalq ictimaiyyətin səyləri ilə aparılan sülh danışıqları zamanı destruktiv mövqe nümayiş etdirir, sülh gündəliyinə cavab vermir, üçtərəfli razılaşmaya zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmır. Bəyannamə və əldə olunan razılaşmalar son vaxtlar Azərbaycan torpaqlarının, o cümlədən Laçın şəhərində mədənlərdə işlərini davam etdirir, nəqliyyat kommunikasiyalarının və marşrutlarının açılması ilə bağlı yeni şərtlər irəli sürür. Qeyd olunan faktlar bir daha sübut edir ki, Ermənistan sülh proseslərində maraqlı deyil və sülh prosesinə zərər verməyə hazırdır.
Xatırladaq ki, müharibə başa çatdıqdan sonra yüzlərlə insan erməni tərəfinin yerləşdirdiyi mina və digər partlayıcı qurğuların qurbanı olub və onlarla insan həyatını itirib.
Biz, Niderlandda yaşayan Azərbaycanlılar, bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks tədbirlər hərbi hədəflərə yönəlmiş lokallaşdırılmış hərəkətlərdir. Bu aksiyaların keçirilməsində məqsəd Azərbaycanın dövlət sərhədlərinə təhlükələrin qarşısını almaq, Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyini təmin etmək, Ermənistanın təcavüzünə son qoymaqdır. Azərbaycan Ordusunun guya mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması ilə bağlı Ermənistan tərəfindən yayılan məlumat yalandır və biz qəti şəkildə inanırıq ki, bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadan başqa bir şey deyil.
Təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Biz , Niderlandda yaşayan azərbaycanlılar, qətiyyətlə bildiririk ki, Ermənistanın həyata keçirdiyi bu hərəkətlər normallaşma və sülh prosesinə tamamilə uyğun gəlmir. Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır. Bu, bir daha göstərir ki, Ermənistan sülh prosesinə hər cür mane olur.
Biz bir daha beynəlxalq təşkilatları və qurumları bu cür hücumların qarşısını almaq üçün beynəlxalq səviyyədə əməli addımlar atmağa, eyni zamanda Ermənistanı revanşist ideyalarına son qoymağa və sülhə sövq etmək səylərini gücləndirməyə çağırırıq”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki