image-2000x150
image-img-20221017-wa0023backend

BAK-ın Rotterdamdakı iqamətgahında “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib

image-768x150

 

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdamdakı iqamətgahında “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilmişdir. Bu haqda “Diaspornews.az”a BAK-ın mətbuat xidmətindən məlumat verilib.

Konfransı giriş sözü ilə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açdı. O, konfransın məram və məqsədi barədə məlumat verdikdən sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Elsevər Məmmədov, həmçini, qardaş Türkiyədə insan təlafatı ilə nəticələnmiş hadisə ilə bağlı onlara başsağlığı verdi.

Konfrans, açıq elan edildi. Konfransın ideyası və təşkilatçılığı BAK sədrinin müavini Sima Cəfərovaya məxsusdur.

Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin yaranması və bu dövlətlərə məxsus bayraqların tarixi mövzusuna toxunulmuşdur.

Sima Cəfərova, hər bir dövrə aid olan bayraqların üzərindəki arnament və yazıları incələyərək tarixə yazılmış daş yaddaşımızı ayıldıb cana gətirmişdir.

Konfransda, Azərbaycan tarixinin bizə məlum olmayan tərəflərindən söz açılmış, xalqımıza məxsus olan tarixi sərvət və artefaktların müxtəlif ünsürlər tərəfindən qarət edilməsini vurğulanmışdır.
Amma buna baxmayaraq qəhrəman xalqımızın saysız igidliyi və şücaəti tariximizin itib batmasına imkan verməmişdir.

Sima xanım, Vətənimizin Rus irtica imperiyası tərəfindən zəbt edilməsi, bu faktın bayraq tariximizə də təsir etməsini də qeyd etdi. O, 2019 cu ildən əməkdaşlıq etdiyi “İrəvan Komitəsi”nin rəhbəri, araşdırmaçı Tofiq Həsənovun özü tərəfindən tərtib edilmiş İrəvan Xanlığının xəritəsini və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqlarını birbəbir nümayiş etdirərək hamısı haqqında ayrıca məlumat verdi.

Konfransa, Azərbaycan Dillər Universitetinin filologiya fəlsəfəsi üzrə dosenti Həqiqət Hacıyeva da online formatda qatılmışdır.
O, müasir Azərbaycan Respublikasının bayrağı tarixçəsindən məlumat verərək, bayrağımızın müasir əhəmiyyət və rolundan danışdı.

Konfrasa, Niderland Krallığında fəaliyyət göstərən təşkilat üzvləri, Ana Vətən Avropa Azərbaycanlıları Qadınları birliyinin üzvləri, diaspor fəalları və müxtəlif ölkələrdən təşrif buyurmuş həmyerlilərimiz qatılmışdılar.
Konfrans işini yekunlaşdırdıqdan sonra iştirakçılar mövzu ətrafında diskussiyalar və fikir mübadiləsi etdilər.

image-img-20221017-wa0027

image-img-20221017-wa0042

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki