image-2000x150
image-save_20230322_245714backend

BAK-ın təşkilatçılığı ilə Novruz bayramı şənliyi keçirilib

image-768x150

Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Novruz bayramı şənliyi təşkil edilmişdi.

Şənliyin rəsmi hissəsini açıq elan edən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qonaqları salamladı.

İlk növbədə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Öz çıxışında, o, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatlarını itirmiş insanlar da yad etdi.

Ümumi türk dünyasının birliyi , türk xalqları arasında mədəni və irsi bağlılıqlar haqqında söz açan Elsevər bəy, bu əlaqələrin Avropada yaşayan türk xalqları üçün önəmli olduğunu vurğuladı.

O, qonaqları və bütün türk dünyasını Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə ən xoş arzular dilədi.

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı dəvət alaraq çıxışında hər kəsi bu gözəl bayram münasibətilə təbrik etdi.

Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva öz ürək sözlərini və təbriklərini xalqımıza və qonaqlara çatdırdı.

Hollanda Azərbaycan Türk kültür mərkəzinin rəhbəri İlhan Aşkın çıxış edərək hər iki milləti, Azərbaycan və Türkiyə xalqını bayram münasibətilə təbrik etdi.

Benilüks Azərbaycanlıları Konqresi nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan qolunun təmsilçisi Araz Ataxan da öz nitqində böyük və mütəşəkkil Azərbaycan diyarının və xalqının bayramını təbrik etdi.

Versaar Türk İslam Mədəniyyət mərkəzinin rəhbəri Muammar Bilgişli plaketlə və Rotterdam şəhər bələdiyyəsinin nümayəndəsi Ahmet Gezer BAK sədri tərəfindən Qarabağ İdman klubuna məxsus köynəklə təltif olundular.

Sonra, BAK-ın nəzdində fəaliyyət göstərən Rotterdam həftə sonu “Ana dili məktəbi” nin rəhbəri Zərifə Süleymanovanın və “Körpə Fidanlar” musiqili teatr grupunun rəhbəri Sima Cəfərova və Nigar Cəfərlinin təşkil etdiyi proqram qonaqlar tərəfindən cox bəyənildi.

Şənlikdə, Niderland Krallığında fəaliyyət göstərən icma və təşkilatların üzvləri, Cənubi Azərbaycanlı soydaşlarımız, türk icması və müxtəlif ölkələrdən təşrif buyurmuş qonaqlar iştirak edirdilər.

Qonaqlar, Novruz süfrəsi və musiqili qonaqların nəğmə töhfəsindən bəhrələnərək gözəl bir şənlik keçirdilər.

image-save_20230322_245731

BAK mətbuat xidməti

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki