image-2000x150
image-img-20221031-wa0017backend

BAK-ın təşkilatçılığı ilə Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə təntənəli tədbir təşkil edilib

image-768x150

II Qarabağ müharibəsində Şanlı Qələbəmiz münasinətilə Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə “Qarabağ” idman klubunun ofisində təntənəli tədbir təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə BAK ın sədri Elsevər Məmmədov açmışdır.
Şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildikdən və dövlət himnimiz səsləndikdən sonra Şanlı Qələbəmizə həsr edilmiş film nümayiş etdirilmişdir.

Elsevər bəy öz nitqində, qardaş Türkiyəni Müstəqillik Bayramı münasibətilə də təbrik etdi.

Sonra, söz, Ölkəmizin Niderlanddakı konsulu Səbinə Sadıxovaya verildi.
O, Ordumuzun şücaətindən danışaraq həmvətənlərimizi qələbəmiz münasibətilə təbrik etdi.

BAK sədr müavini söz alaraq gələcək planlardan və təsisçisi və baş direktoru olduğu Haarlem şəhəri “Körpə Fidanlar” uşaq musiqili teatr qrupunun işindən söhbət açdı. Qrupun kiçik iştirakçılarının ifasında şeyir parçaları və musiqi səsləndi.
Onu da qeyd edim ku, qrupun bədii rəhbəri Nigar Cəfərlidir.

“Körpə Fidanlar”ın ifa etdiyi musiqi parçalarına qonaqlarda qoşularaq tədbirə gözəl bir rəng qatdılar. “Körpə Fidanlar” ın şagirdləri göstərdikləri səylərə görə Konsul, Səbinə Sadıxova, BAK sədr müavini Sima Cəfərova və Ana Vətən Avropa Azərbaycanlıları Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva
tərəfindən hədiyyələrlə təltif oldular.

Öz növbəsində, Niderlandda nəşr olunmuş “Het geheim van Karabakh”( Qarabağın sirri) adli kitabı, iç tərtibatının rəssamı, 11 yaşlı Nisa Mirəzadeh hədiyyə olaraq BAK a təqdim etdi.

Tədbirin digər musiqili qonağı BAK Ağsaqqallar şurasının başçısı, kamança ustası, İlham Babayev oldu. O, xalq mahnılarından nümunələr və dünya bəstəkar musiqisi ifa etdi.

Azərbaycan Niderland Odlar Yurdu təşkilatının üzvləri Frəngiz Bağırova və Nemətağa Əliyev, öz möhtəşəm ifaları ilə tədbiri daha da gözəlləşdirdilər.

Həqiqi bayram ovqatlı tədbir, qonaqlara məxsusi bir zövq verdi. Tədbirə, şeyir çələngi bəxş edən Ofeliya Abdullayeva, Sima Cəfərova və Nemətağa Əliyev öz çıxışları ilə qonaqların ruhunu oxşadılar.
İfaçılarla bərabər qonaqların da tədbirdə ifaları məclisə əsrarəngiz ovqat bəxş etmişdir.

Qələbəmizdən 2 il ötməsinə baxmayaraq dünyanın hər yerində yaşayan xalqımız bu Zəfəri hələ də təntənə ilə, yüksək səviyyədə qeyd edir. Çünki, biz bu Zəfəri 30 ildir gözləyirdik.

Biz , Qarabağımızın həsrətinı 30 ildir çəkirdik.
Nəhayət ki, biz bu günü gördük, nəhayət ki, şəhidlərimizin əziz canı və qazilərimizin sağlamlığı bahasına torpaqlarımızı qaytarıb qalib xalqa çevrildik.

Yaşasın, Azərbaycan Ordusu!
Yaşasin, qalib Azərbaycan Xalqı!

image-img-20221031-wa0031image-img-20221031-wa0018image-img-20221031-wa0029

BAK mətbuat katibi
Gülnarə Əliyeva

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki