Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) qərargahında 28 may Cümhuriyyət günü münasinətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözu ilə BAK ın sədri Elsevər Məmmədov açdı.
Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir öz işinə başladı.
Tədbirə eləcə də,Azərbaycan Odlar Yurdu cəmiyyətinin sədri və Niderland Belçika Koordinasiya Şurasının üzvü Frəngiz Bağırova və digər qonaqlar da qatılmışdılar.
Tədbirdə BAK vitse prezidenti Sima Cəfərovanın “Tariximizi öyrənirik” mövzusunda məruzə etdi.
Məruzədə 1917-20 ci illər ərzində cərəyan edən hadisələrdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun 23 ay ərzində Azərbaycana verdiyi tövhələr barədə açıqlamalar oldu.
Həmişə məxfi saxlanan faktlardan bəhs edən Sima Cəfərova, tariximizin bu səhifəsinin gizli qalma səbəblərinə də toxundu.
O, bu illərdə Rusiya imperiyasında hökm sürən ikili hakimiyyətin Azərbaycana da təsirindən danışdı və Azərbaycanımızı 2 yerə bölən bu tarixi fakt bölgədə bir çox fəsad və narahatçılıqlara səbəb olduğunu vurğuladı.
“Amma buna baxmayaraq 23 ay davam edən Cumhuriyyət dövrümdə görülən işlər sonradan da Azərbaycanın gələcək taleyində, siyasi və ictimai həyatında böyük rol oynadı. Belə çətin dönəmdə Cümhuriyyət başqanları öz ordumuzun da formalaşıb güclənməsinə nail ola bildi.
Bu dövrdə qurulan diplomatik əlaqələr, xalqın dirçəliş və tərəqqi proqramları, iqtisadi inkişaf planları Cümhuriyyətin əsas siyasəti idi. Həmin vaxt açılan məktəblər, gimnaziyalar, xəstəxanalar kitabxanalar xalqın mənafeyinə qulluq edirdi. Bu az zaman ərzində Cümhuriyyət fədailəri yekdilliklə xalqa xidmət edərək ölkəmizin tərəqqi və inkişafı üçün bacardıqlarını etmişdilər. 9 noyabr 1918 cı ildə ay ulduzlu üç rəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin atributuna çevrildi və milli valyuta dövriyyəyə buraxıldı.
1 sentyabr 1919 cu ildə Azərbaycan Dövlət Universiteti təsis edildi.
100 dən çox tələbənin dövlət hesanına xarici ölkələrdə təhsil alması dövlətin təhsil və tərəqqiyə olan münasibəti idi.
Təəssüflər olsun ki, 28 aprel 1920 ci ildə Bolşevik Rusiyasının Xl Qızıl Ordusu tərəfinfən vətənimizin işğalı Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi.
Buna baxmayaraq, 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti dövrü, tariximizin qızıl səhifəsinə çevrildi. “ deyərək öz məruzəsini yekunlaşdırdı.
Sonda mövzu barədə fikir mübadiləsi və diskussiyalar aparıldı və tədbir iştirakçılarının fikirləri və çıxışları dinlənildi.
BAK mətbuat katibi
Gülnarə Əliyeva