image-2000x150
image-img_20220120_085306backend

BAK sədri adından 20 Yanvarla bağlı beynəlxalq qurumlara bəyanat göndərilib

image-768x150

Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresi (BAK) tariximizin faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsi -20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
BAK-dan “Diaspornews.az” verilən məlumata görə, üç dildə tərtib edilmiş bəyanat BAK-ın sədri Elsever Məmmədovun adından Avropa Şurası Parlamentinə, Niderland parlamentinə (Tweede Kamer), parlamentdə təmsil olunan siyasi partiya və ictimai qurumlara göndərilib.
Bəyanatda SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinin, Dağlıq Qarabağda baş verən cinayətlərin cavabsız qaldığı vurğulanıb. Azərbaycan xalqının müstəqilliyə gedən yolunun qarşısını almaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və ondan sonrakı günlərdə törədilən qırğından bəhs olunub. Sovet ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətdən bəhs edilib. Bu cinayətin müəlliflərinin hələ mühakimə edilməməsindən, cəzasız qalmasından təəssüf hissi ifadə olunub.
Bəyanatda Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlərin hüquqi qiymətinin verilməsinə çağırış edilib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki