image-2000x150
image-img-20220221-wa0025backend

Bakıda Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi fərqli şəkildə qeyd edilib

image-768x150

Fevral ayının 21-i Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. “Polşa ilə Azərbaycan arasında mədəni körpü”  layihəsi çərçivəsində bu gün fərqli şəkildə qeyd olunub. Belə ki, fevralın 21-də Bakıda polşalı memarların adlarının əbədiləşdirildiyi “Polşa memarları” küçəsində layihə çərçivəsində çap olunan bukletin yayımı və məlumatlandırma aksiyası keçirilib.

Azərbaycan və polyak dillərində çap edilən bukletdə iki ölkə arasında tarixi və diplomatik əlaqələr, Polşa memarlarının Bakıda layihələndirdiyi binalarla bağlı məlumat və şəkillər əks olunub.
Karantin rejiminin tələblərinə uyğun olaraq icazəli keçirilən bu aksiyada fəal QHT nümayəndələri, Azərbaycandakı Polşa icmasının üzvləri, könüllülər və tələbələr iştirak ediblər.
Yüzlərlə bukletin yayıldığı aksiya zamanı şəhər sakinlərinə iki ölkə arasında dostluq, diplomatik və mədəni əlaqələrin tarixi, Polşa memarları haqqında ətraflı məlumat verilib. Aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin təşəbbüsü ilə könüllü olaraq həyata keçirilir. Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan layihəni Azərbaycanda partnyor qurum kimi Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi icra edir. Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara daha da yaxından tanıtmaq, iki ölkə arasından əlaqələrin daha da güclənməsinə diaspor və vətəndaş cəmiyyəti olaraq töhfə verməkdir.
Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.

image-img-20220221-wa0024

image-img-20220221-wa0028

image-img-20220221-wa0020

image-img-20220221-wa0019

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki