İyunun 29-da bir qrup pakistanlı məktəbli öz müəllimləri ilə Bakıda qonaq olmuşlar. “Diaspornews.az” xəbər verir ki, qrupun təşkilatçısı Universal Travelin rəhbəri Anees Iqbal olmuşdur. Onlar Bakını gəzərək xoş təəssüratlarla buradan ayrılarkən Universal Travelin Messenat Holdinqdə təşkil etdiyi tədbirdə iştirak etmişlər. Tədbirdə fəxri qonaqlar da iştirak etmişlər. Messenat Holdinqin prezidenti Hacı Tofiq İsayev onları xoş sözlərlə qarşılamış, Azərbaycan-Pakistan dostluğundan, 44- günlük Vətən müharibəsində yanımızda olmağından bəhs etmişdir.
Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Pakistanda fəal diaspor üzvü Şəhla İsayeva qonaqları salamlayaraq ürək sözlərini bildirib.
Sonda qonaqlar Universal Travelin rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunmuşdur.