image-2000x150
image-1668187672636e8618247830-57509685backend

Baklda Rixard Zorgenin barelyefinin açılışı olub

image-768x150

11 noyabr 2022-ci il tarixində məktəbin akt zalında Rusiya Federasiyasının “Rusiya Şöhrət Xiyabanı” layihəsinin sədri, heykəltəraş Mixail Serdyukovun məktəbə Rixard Zorge barelyefinin təqdim edilməsinə həsr olunan tədbir keçirilib.
Məktəbin rus dili və ədəbiyyat müəllimi Salayeva Samirə və Rusiya Federasiyasının Moskva şəhəri Rixard Zorge adına 141 nömrəli tam orta məktəbin rəhbərliyi və şagirdləri ilə Rixard Zorge barelyefinin məktəbə təqdim edilməsi  münasibətilə  onlayn bağlantı qurub və məktəb rəhbərliyin təşəbbüsü ilə müxtəlif dövlət qurumlarından qonaqlar dəvət edib.
Əvvəlcə, Azərbaycan Respublikasının Himni səsləndirilib. Məktəb rəhbərliyi və Azərbaycan Respublikası Veteranlar Təşkilatının Gənclərin Vətənpərvərlik və İdeoloji Hazırlıq şöbəsinin müdiri Adil Haqverdiyev çıxış edib, barelyefin açılışında iştirak ediblər. Tədbirdə hər iki məktəbin qonaqları və məktəblilər məşhur kəşfiyyatçı Rixard Zorge haqqında maraqlı məlumatlar paylaşıblar.
Tədbirin qonaqları:
Adil Haqverdiyev – Azərbaycan Respublikası Veteranlar Təşkilatının Gənclərin Vətənpərvərlik və İdeoloji hazırlıq şöbəsinin müdiri,
Nəbi Hacıyev – Azərbaycan Respublikası Veteranlar Təşkilatının e/b şöbəsinin müdiri,
Sabir Allahverdiyev – Sabunçu rayonu Veteranlar Təşkilatının sədri
Qurbantac Qazibəyova – 90 nömrəli məktəbin sabiq direktoru,

Turqay Qəribov- Ramana Bələdiyyə sədri

Namidə Süleymanova – 90 nömrəli məktəbin sabiq tarix müəllimi,
Mila Məmmədova – Bakı şəhəri Sabunçu rayonu “Tarixi abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi” təşəbbüs qrupun rəhbəri və nümayəndələri çıxış edib barelyefin açılışını alqışlayıblar və şagirdlərlə R.Zorge haqqında maraqlı məlumatlar paylaşıblar.
Samirə müəllimə çıxış edərək “Rusiya Şöhrət Xiyabanı” layihəsinin nümayəndələri Dmitri Kurqanov və Nelli Kurqanovaya barelyefin Moskvadan Bakıya gətirilib məktəbimizə təqdim etdikləri üçün dərin minnətdarlığını bildirib, ölkələr arasında dostluğu alqışlamışdır.
Sonda tədbir iştirakçılarına məktəb rəhbərliyi tərəfindən qızılgüllər və Qarabağın rəmzi olan Xarıbülbül nişanələri təqdim edilmişdir.

https://vk.com/wall-205109918_974

https://m.facebook.com/story.php?story_fbid=495947349230918&id=100064469724963

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki