Təşkilatın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər.
Sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, “İstiqlal” ordenli Fatma Səttarova ilə görüş keçirilib. Görüşdə “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri də iştirak ediblər. Görüşdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov birgə və səmərəli əməkdaşlığa görə Veteranlar Təşkilatının sədri Fatma Səttarovanı və sədr müavini Cəlil Xəlilovu fəxri fərmanla təltif edib.
Daha sonra Respublika Veteranlar Təşkilatında şəhid ailələri və qazilərlə görüş olub. Görüşdə, həmçinin 100-dən çox şəhid ailəsi və Vətən müharibəsi əlilinə bayram sovqatları paylanılıb.

image-img_20220430_041449

image-img_20220430_041433