image-2000x150
image-img_20220302_165324backend

Bişkekdə Od çərşənbəsi qeyd olunub

image-768x150

Keçən əsrin 30-cu illərində Azərbaycanın müxtəlif bölgələrindən Orta Asiya və Qazaxıstan çöllərinə sürgün edilən soydaşlarımızın Qırğızıstanda məskunlaşan indiki nəslinin davamçıları milli adət ənənələrimizin yaşadılması və gələcək nəslə ötürülməsi istiqamətində keçmişimizə söykənməkdən qalmırlar.

“Diaspornews.az” “Turkelpress.com”a istinadən xəbər verir ki, Bişkek yaxınlığındakı Sokuluk rayonunun 1 May qəsəbəsində yığcam yaşayan 28 azərbaycanlı ailəsinin xanımları bir yerə yığışaraq Od çərşənbəsini qeyd ediblər. Eyni zamanda Novruz Bayramı öncəsi çərşənbə süfrəsini də milli mətbəx nümunələrimizlə zənginləşdirib, oxuyub, oynayıb, tonqal ətrafında yallı gediblər, arzularını bildiriblər.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki