image-2000x150
image-img_20220224_195804backend

Böyük Vətən müharibəsində həlak olan azərbaycanlı döyüşçünün cənazəsi Vətənə gətirilib

image-768x150

Böyük Vətən müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əliyev Əli Molla oğlunun cənazəsi Rusiyanın Volqaqrad şəhərində tapılıb.Diaspornews.az xəbər verir ki, 15 oktyabr 2020-ci il tarixində Volqoqrad vilayətinin Svetloyarski rayonunun Krasnopartizanski kəndi yaxınlığında Volqoqrad Regional Axtarış İctimai Təşkilatının “Komsomolçu” axtarış dəstəsinin üzvləri medalyonlu döyüşçünün cənazəsini tapıblar. Medalyonda Əliyev Əli Molla oğlunun 1922-ci ildə anadan olduğu, 1942-ci ildə Azərbaycanın Qax rayonundan müharibəyə çağrıldığı, 1943-cü ilin mayında son döyüşə getdiyi qeyd olunub.

Sonra Volqoqrad Regional Axtarış İctimai Təşkilatının rəhbərliyi
Azərbaycan Respublikasının Müdafiə nazirliyinə və Volqaqraddakı diasporumuza əsgərin cənazəsinin Vətəninə göndərilib dəfn olunması üçün müraciət edib. Azərbaycan diasporunun üzvləri bununla bağlı bütün sənədləşmə və təşkilati işləri həyata keçirərək mərhum əsgərin Qaxdakı qohumlarına məlumat veriblər.
Fevralın 23-də Volqaqrad Regional
Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatı, Dostluq Evi, İnqiloy icmasının Hereti cəmiyyətinin sədri Rostom Şapiaşvili və
Volqaqrad vilayətinin Müsəlmanlar İttifaqının üzvlərinin təşkilatçılığı ilə Volqaqradda soydaşımızın cənazəsinin Vətənə təntənəli yolasalınma mərasimi olub (https://youtu.be/LcHcH8QidLQ).

image-img-20220223-wa0022

image-img-20220223-wa0023

Fevralın 24-də Əliyev Əli Molla oğlunun cənazəsi Qax rayonunun Güllük kənd qəbristanlığında qohumlarının, rayon hərbi kommisarlığının, icra və bələdiyyə nümayəndələrinin, o cümlədən kənd sakinlərinin iştirakı ilə İslam dini qaydalarına uyğun olaraq dəfn edilib.
Dəfn mərasimində mərhum əsgərin qohumu Allahverdi Əliyev çıxış edıb. O,
Əliyev Əli Molla oğlununun cənazəsinin tapılmasında və Vətənə gətirilməsində əməyi olan hər kəsə, xüsusən Volqaqraddakı diasporumuza öz təşəkkürünü bildirib.
Xatırladaq ki, əsgər Əliyev Əli Molla oğlu 1922-ci ildə Qaxın Güllük kəndində anadan olub. Onun axtarışı üçün əmisi Əliyev Allahverdi Qumaş oğlu aidiyyəti qurumlara müraciət edibmiş.

image-img-20220224-wa0141

image-img-20220224-wa0136

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki