Bu gün Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun doğum günüdür. Xatırladaq ki, Məmmədov Ramiz Mustafa oğlu 1969-cu il aprelin 3-də Sumqayıt şəhərində anadan olub. Onu da deyək ki, Ramiz Məmmədov atası Məmmədov Mustafa Yusif oğlu İkinci Dünya Müharibəsinin veteranı olub. Atası üçüncü və ikinci dərəcəli “Şöhrət” ordenləri, “Böyük Vətən müharibəsi” ordenləri, bir çox medallarla təltif olunmuşdur. Onlardan biri də “Qafqazın müdafiəsinə görə” medalıdır.
Ramiz Məmmədov 1976-1986-cı illərdə Sumqayıt şəhər 21 saylı tam orta məktəbdə təhsil alıb. 1982-1988-ciillərdə boks idman növü ilə məşğul olub, çoxsaylı turnirlərdə yüksək nailiyyətlər əldə edərək “İdman ustası” adına layiq görülüb. 1988-1990-cı illərdə Rusiya Federasiyası Pskov vilayəti Peçorı şəhərində Hava Desant qüvvələrində hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra 1990-cı ildən Tatarstan Respublikası Leninoqorsk şəhərində sahibkarlıqla məşğul olmağa başlayıb. 1999-2004-cü illərdə Moskva Dövlət Universitetinin Kazan şəhəri filialının Hüquq fakültəsini bitirib. 2004-2012-ci illərdə bir sıra şirkətlərdə rəhbər və hüquqşunas kimi çalışıb. 2008-ci ildən diaspor fəaliyyəti ilə məşğul olur. 2012-ci ildə “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatını yaradıb. Diasporun yaradılmasından etibarən bütün maddi və mənəvi dəstəyi diaspor sədri Ramiz Məmmədov öz üzərinə götürüb. Diasporun idarəçilik sistemində Ağsaqqallar şurası və Gənclər şöbəsi də fəaliyyət göstərməktədir. Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərini yüksək səviyyədə təbliğ etməklə yanaşı, xeyriyyəçilik işlərində də yüksək reytinə malikdir. Belə ki, 2014-cü ildə Tatarstan prezidenti tərəfindən “İlin xeyriyyəçisi” adına layiq görülüb və təltif edilib. Ailəlidir, 2 övladı var.
Nəzərə çatdıraq ki, Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyi yaradılan gündən öz aktivliyini qoruyub. Təşkilat tərəfindən hər zaman mərkəz və regionlardakı diaspor təşkilatları ilə əməkdaşlıq edilib və təcrübə mübadiləsi aparılıb. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədov tərəfindən azərbaycanlılar arasında həmrəylik gücləndirilib və yerli qurumlarla əməkdaşlıq edilib. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatı 2012-ci ilin dekabrında yaradılıb (https://www.youtube.com/watch?v=-s213O5q_sc&feature=youtu.be). Təşkilat 2013-cü ildən başlayaraq xeyriyyə fəaliyyəti, mədəni irsin qorunması və zənginləşdirilməsi, azərbaycanlıların Leninoqorsk şəhərində mülki, sosial və mədəni hüquqlarının qorunması, dil, təhsil və milli mədəniyyətin inkişafı istiqamətində fəaliyyət göstərir. “Birlik”, eyni zamanda bu illər ərzində irqçiliyə, milliyyətçiliyə qarşı mübarizə aparır, Azərbaycan xalqının adət-ənənələrini qoruyub saxlamaq və təbliğ etmək, həmyerlilərimizin təhsil və mədəni səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər görür.