image-2000x150
image-img-20230603-wa0019backend

Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilir

image-768x150

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilir.
Səmərqənd şəhər Gənclər Sarayının böyük konsert zalında baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və özbəklər iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Səmərqənd şəhər Gənclər sarayının foyesində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Səmərqənd şəhər hakiminin müavini Rüstəmbek Qabulov Azərbaycan musiqisi günləri tədbirini tarixi Səmərqənd şəhərində keçirilməsini böyük hadisə adlandıraraq, ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən münasibətlərdən danışmış, mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusi fəxrlə qeyd edib. O, tədbirin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunduğunu, Ulu öndərə özbək xalqının da böyük sevgi və rəğbətinin olduğunu vurğulayaraq, Heydər Əliyevin 100 illik yubileyinə aid tədbirlərin Özbəkistanda da böyük təntənə ilə keçirildiyini bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda Azərbaycan mədəniyyətinə aid böyük tədbir və konsertlərin demək olar ki, hər il qədim Səmərqənd şəhərində keçirildiyini və Azərbaycan mədəniyyəti, musiqisinə hər zaman qardaş ölkədə böyük marağın olduğunu vurğulayıb. Samir Abbasov Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, ortaq mədəni dəyərlərə sahib olmasını vurğulayaraq, “Özbəkistanda Azərbaycan musiqisi günləri”nin Azərbaycan mədəniyyətinin böyük hamisi Ümummilli Lider Heydər Əliyevə həsr edildiyini bildirib.
Daha sonra “Özbəkistanda Azərbaycan musiqisi günləri” çərçivəsində Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova “Can Azərbaycandan can Özbəkistana sevgilərlə” adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan və özbək mahnılarını ifa edən Gülyanaq Məmmədova xalq mahnılarımızı, muğamlarımızı səsləndirərək tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
Konsertdə özbək musiqisinin tanınmış simalarından olan Özbəkistanın əməkdar artisti Yulduz Turdiyeva səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə birgə duet və xalq mahnılarımızı ifa edib.
Böyük anşlaqla keçən konsert proqramında Səmərqəndli tamaşaçılar tərəfindən böyük məmnunluq hissi və böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Azərbaycan musiqilərinə tarixi Səmərqənd şəhərində böyük maraq göstərilir, şəhərdə keçirilən tədbirlərdə, el şənliklərində, habelə xalq arasında mərasimlərdə Azərbaycan milli musiqisi sevgi ilə daim ifa olunur.

     

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki