image-2000x150
image-img_20220309_085248backend

Daşkənddə xeyriyyə tədbirində Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib

image-768x150

Daşkəndin Toxuculuq və Yüngül Sənaye Universiteti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın “Tanho Grand Restaurant” restoranında xeyriyyə tədbiri keçirib.

“Diaspornews.az” xəbər verir ki, xeyriyyə tədbirində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor-müəllim heyəti, əlil tələbələr iştirak ediblər.
Universitetin kafedra müdiri, professor Feruza İkramxanova Özbəkistan dövlətinin əlillərə qayğısından danışıb, müntəzəm olaraq bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini bildirib. O, çalışdığı universitetdə təhsil alan əlil tələbələrin diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov tədbir iştirakçılarını salamlayaraq Mədəniyyət Mərkəzinin Özbəkistanın şəhər və rayonlarındakı uşaq evləri üçün keçirdiyi xeyriyyə konsertləri və tədbirlər haqqında məlumat verib. O, Azərbaycanda gənclərin bu yolda ən böyük müdafiəçisi və dəstəkçisi Azərbaycan Prezidenti İlham Əliyev olduğunu qeyd edib və dövlətimizin başçısının sözlərindən sitat gətirib: «Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram». Çıxışın sonunda Y.Məmmədov qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.
Özbəkistanın musiqi kollektivləri özbək və Azərbaycan dilində mahnılar, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl milli rəqslərimizi ifa ediblər.

image-img_20220309_085221

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki