image-2000x150
image-img-20220707-wa0104backend

Diaspor rəhbəri tanınmış şahmatçılarla görüşüb

image-768x150

Bu gün Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov beynəlxalq dərəcəli hakim, Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti, “Şöhrət” oredenli, Azərbaycan şahmatının ağsaqqalı Faiq Həsənov və Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Prezident təqaüdçüsü, qadınlardan ibarət milli komandanın kapitanı Fikrət Sideifzadə ilə görüşüb.
Tərlan Qasımov “Diaspornews.az”a bildirib ki, görüşdə Azərbaycan şahmatının gələcək perspektivləri və birgə tədbirlər haqqında fikir mübadiləsi aparılıb: “Arxangelsk və Azərbaycan şahmatçıları arasında gələcəkdə yarışışların, görüşlərin keçirilməsi nəzərdə tutulub. Öncə onlayn görüşlər keçiriləcək. Sonra Azərbaycan şahmatçıları Arxangelskə, Arxangelsk şahmatçıları Azərbaycana dəvət olunacaqlar”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki