Mayın 12-də Rusiya Federasiyasının Volqoqrad Aqrar Universitetində əcnəbi tələbələr üçün əcnəbi vətəndaşların sosial-mədəni adaptasiyası, gənclər arasında ekstremizm və terrorizmin qarşısının alınması, miqrasiya sahəsində hüquqpozmaların qarşısının alınmasına yönəlmiş məlumatlandırıcı tədbir keçirilib.
Bu haqda “Diaspornews.az”a Volqoqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Nəhmədov məlumat verib.
Tədbirdə müxtəlif xalqların diaspor rəhbərləri qatılaraq tələbələr qarşısında maarfləndirici çıxışlar ediblər.
Tədbirdə Volqoqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Nəhmədov da çıxış edərək tələblərin informasiya müharibəsində təxribatların qarşısının alınmasında fəal olmaları, provakasiyalara getməmələri ilə bağlı tövsiyələrini verib.
Xatırladaq ki, Volqoqraddakı digər ali təhsil ocaqlarında da silsilə belə tədbirlər keçirilir.