“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Rəşid Məmmədov Azərbaycana səfəri çərçivəsində Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikos Piperigos və Yunan Dostluq Assosiasiyasının sədri Səidə xanım Mehdiyeva ilə işgüzar görüş keçirib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətindən “Diaspornews.az“a verilən məlumata görə, Rəşid Məmmədov səfirə Cəmiyyətin Yunanıstanda fəaliyyəti barəsində məlumat verib. Eyni zamanda əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.