Abituriyentlər Rusiyanın və dünyanın aparıcı universitetlərinə qəbul olmaq üçün ÖDƏNİŞSİZ onlayn kurslara dəvət olunur. Bu ildən dərslər distant şəkildə keçirildiyindən tələbələr üçün əlverişlidir. Dərslər Moskvada fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri, Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov tərəfindən keçirilir.
“Diaspornews.az” ödənişsiz kurslarla bağlı Oktay Hüseynovun ictimaiyyətə müraciətini təqdim edir: “Arzularınızın və istəklərinizin içərisində həmişə övladlarınızın dünyanın və Rusiyanın ən məşhur universitetlərinə qəbul olması birincilər sırasında dursun. Qonşularımzın Rusiyanin maliyyə, bank, sigorta, mətbuat, xisusilə də televiziya kanallarında tutduqlari yüksək postlar, hüquq-mühafizə orqanlarının və başqa sahələrin rəhbər vəzifələrində çalışmaları onların yaxşı savad almalarının və bir-birlərini dəstəkləmələrinin nəticəsidir. 30 ildən artıq təşkil etdiyim “Bazar günü” pulsuz kurslarımız bizim balaların da ən məşhur universitetlərə daxil olmasına və yaxşı savad almalarına şərait yaradıb və yaradır.
Övladlarınızı, dostların və tanışların balalarını, xisusilə də şəhid, qazi və aztəminatlı ailələrdən olan uşaqları bizim onlayn pulsuz kurslara yönəldin ki, gənclərimiz bizdən savad alaraq Rusiyanın və dünyanın məşhur universitetlərinə daxil olsunlar. Cünki Siz azərbaycanlı abituriyentləri kurslarımıza dəvət etməklə onların savadlı və uğurlu gələcəklərinin səbəbkari olacaqsınız”.
Oktay Hüseynovun ödənişsiz kurslarının dərs cədvəli:
1. Çərşənbə:
19.30 Tarix,
21.30 İnsan və cəmiyyət (İctimaiyyət).
2. Şənbə:
12.45 İnsan və cəmiyyət (İctimaiyyət),
14.15 Tarix.
Axşam qrupu:
20.30 Tarix
21.30 İnsan və cəmiyyət (İctimaiyyət).
3. Bazar günü:
12.45 Tarix,
14.15 İnsan və cəmiyyət (İctimaiyyət),
16.10 İngilis dili,
Axşam qrupu:
19.30 Tarix,
21.30 İnsan və cəmiyyət (İctimaiyyət).
Əlaqə vasitəsi: +7 977 534-14-74