image-2000x150
image-img_20220415_182621backend

Diaspor üzvü Moskvada “Yeni şəraitdə müasir informasiya işi” adlı seminarda iştirak edib

image-768x150

Aprelin 15-də Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov Moskva Müharibə Veteranları Komitəsində keçirilən “Yeni şəraitdə müasir informasiya işi” adlı seminarda iştirak etmişdir.

“Diaspornews.az” xəbər verir ki, Əli Kazımov çıxışında Böyük Vətən Müharibəsi illərində ümumi Vətənimizin – Sovet İttifaqının parlaq gələcəyi naminə qəhrəmanlıqlar göstərmiş soydaşlarımızın xatirəsinin əziz tutulmasının vacibliyini vurğulayıb: “Bu, Tuapsedə komandirini sinəsi ilə qoruyan Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovdur. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun komandanlığı altında otuz nəfər Qırmızı Ordu əsgəri İlmen gölündə on saatdan çox qeyri-bərabər döyüş aparıb və yüzdən artıq alman əsgər və zabitini məğlub edib. Şəxsən İsrafil Məmmədovun özü otuz alman əsgərini məhv edib. Və nəhayət, zabitlikdən tank qoşunlarının qvardiya general-mayoruna qədər yüksəlmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Əzi Aslanovun adı dillər əzbəridir”.
Daha sonra Əli Kazımov bildirib ki, Hərbi Elmlər Akademiyasının Sosial Yaddaş İnstitutunun direktoru Aleksandr Ujanovla birlikdə Rusiya və Azərbaycan şəhərlərinin qardaşlaşması barədə tərəfdaşlıq müqaviləsi imzalayıblar: “Bizim əsas prioritetimiz babalarımızın birgə döyüşərək şücaət və qəhrəmanlıq göstərərək Vətənimizi faşist işğalçılarından azad etmələrinin xatirəsini yeni nəsillərə ötürməkdir.
Azərbaycan SSRİ-nin dağılmasından sonra rus dilini saxlayan azsaylı müttəfiq dövlətlərdən biridir”.
Əli Kazımov vurğulayıb ki, hazırda Azərbaycanda 338 rus məktəbi və bəzi Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki