image-2000x150
image-img_20220211_191318backend

Dneprdə Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibəti ilə konsert olacaq

image-768x150

Fevralın 12-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibəti ilə Ukraynanın Dnepr şəhərində “Canlı səs” adlı konsert proqramı olacaq. Konsert Azərbaycanın Ukraynadakı səfirliyi, Dnepr Azərbaycanlıları Konqresi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY tərəfindən birgə təşkil ediləcək. Bu haqda “Diaspornews.az“a Dnepr Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov məlumat verib.

Konsertdə Fikrət Əmirov və Üzeyir Hacıbəyovun əsərləri Əməkdar artist İlham Nəzərovin ifasında səsləndiriləcək.
Qeyd edək ki, konsert Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Dnepropetrovsk Akademik Simfonik Orkestrinin müşayiəti ilə olacaq.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki