image-2000x150
image-img_20220422_164024backend

“Dünya Azərbaycanlılarının V Qurultayı xaricdəki soydaşlarımzın fəaliyyətinə böyük motivasiya verəcək”

image-768x150

“Dünya azərbaycanlılarının qurultayı xaricəki soydaşlarımzı bir araya, Vətənə toplayan ən böyük tədbir formasdır. Dünya Azərbaycanlılarının V Qurultayı, bundan əvvəl keçirilən 4 qurultaydan özünəməxsusluğu ilə fərqlənir. Çünki biz bu Qurultaya zəfər sevinci ilə gəlmişik. Ayrıca bu qurultay Ali Baş Komandanın əmri ilə Müzəffər Ordumuz tərəfindən düşmən tapdağından azad edilən, baş tacımız olan Şuşada keçirilir. Buna görə də dünyanın 4 bir tərəfidən bura toplaşan hər kəs qəlbində böyük fərəh hissi keçirir”. Bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyev “Diaspornews.az”a bildirib.

Osman Alıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı xaricdəki soydaşlarımzın fəaliyyətinə böyük motivasiya verəcək: “Biz vətəndən kənarda yaşamağımızaa baxmayaraq, daimi azərbaycançılığı təbliğ edirik. Unutmamalıyıq ki, biz azərbaycanlıyıq. Ürəyimizdə olan bütün arzumuz budur ki, vətəndən kənarda Azərbaycanı layiqli təmsil edək. Bu gün qurultayda Prezident İlham Əliyev öz çıxışında bizlərə bunu bir daha xatırlatdı. Cənab Prezident xaricdə yaşayan həmvətələrimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölklərin ictimai-siyasi həyatında daha fəal iştirakı məsələlərinə toxundu və öz tövsiyələrini verdi. Böyük fəxr hissi ilə gələcək fəaliyyətimizdə ölkə başçısının tapşırıq və tövsiyələrini yerinə yetirəcəyik”.

image-img-20220422-wa0083

image-img-20220422-wa0091

image-img-20220422-wa0106

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki