image-2000x150
image-fb_img_1650728804746backend

“Dünyanın bir çox ölkələrində Şuşa və Azərbaycan haqqında mətbuatda məlumatlar paylaşılacaq”

image-768x150

Rəşid Məmmədov: Azərbaycanlı olduğumuza görə hər yerdə qürur duyuruq

Qurultayın Şuşada keçirilməsi tarixi hadisədir. Bununla belə, dünyadakı diasporumuzun, soydaşlarımızın bir araya gəlməsi, Prezidentimizin yürütdüyü siyasətə dəstək və yaşadığımız ölkələrdə Azərbaycançılığın təbliğatına böyük təkan verir. Hesab edirəm ki, builki qurultay diasporumuzun qarşısına qoyduğu vəzifəni daha da sürətləndirəcək.
Bu sözləri AZƏRTAC-ın müxbirinə “Qala” Yunanıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bildirib.
Aprelin 22-də Dünya azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsi iştirak edir. O daha sonra deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz düşmən tapdağında olan torpaqlarımızı, Şuşanı azad etdi. İkinci Qarabağ müharibəsi başlayandan bu günə qədər Azərbaycan diasporu yaşadıqları cəmiyyətdə yerli media və mətbuatlarda mütəmadi çıxış edir, yazılar dərc edir, yerli cəmiyyətin nümayəndələrinə Azərbaycanın haqlı mövqeyini çatdırırlar. Vətən müharibəsi günlərində Ali Baş Komandanın xarici KİV-ə verdiyi müsahibələr uzun illər ermənilərin Azərbaycan haqqında yaydıqları yanlış informasiyaları alt-üst etdi və əsl həqiqətin nədən ibarət olduğunu çox böyük məharətlə dünya ictimaiyyətinin nümayəndələrinə açıqladı. Diasporumuzun uğurlu fəaliyyəti, milli və dövlət maraqlarının müdafiəsində böyük rola malikdir. Bundan sonra Azərbaycan evlərinin fəaliyyətini genişləndirməyə, Azərbaycan dili kursları, teatr və s. açmaqla ölkəmiz, onun mədəniyyəti, adət-ənənələri barədə təbliğatı gücləndirməyə, azərbaycanlıların bir araya gəlməsinə, yeni nəsil azərbaycanlıların yaşadıqları cəmiyyətlərə inteqrasiyasının sürətləndirməyə çalışmalıyıq. Qurultay başa çatdıqdan sonra dünyanın bir çox ölkələrində Şuşa və Azərbaycan haqqında mətbuatda məlumatlar paylaşılacaq. Bu gün Şuşa azaddır və dünyanın dörd bir yanında yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının V Qurultayına – Zəfər qurultayına toplaşıblar. Yunanıstanda yaşayan azərbaycanlı icması adından və bu sevinci bizimlə bölüşən hər bir soydaşımız adından bu qüruru və şərəfi bizə yaşadan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu gün Azərbaycan dünya mədəniyyəti səhifəsinə öz uğurlu imzasını qoyur. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin böyük qürur hissi ilə söylədiyi kimi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz hər zaman fəxr etmişik, bu gün də hər şeydən çox fəxr edirik ki, Azərbaycanlıyıq!”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki