image-2000x150
image-16687436302175645625_1000x669backend

Dünyanın ən böyük diaspora malik ölkələri

image-768x150

“Forbes” jurnalı dünyanın ən böyük diaspora malik ölkələrinin siyahısını açıqlayıb.

Diaspornews.az xəbər verir ki, siyahıda ilk sırada Qayana qərarlaşıb.

Əhalisinin 34 faizi digər ölkələrdə yaşayan Bosniya və Herseqovina ikinci, əhalisinin 30 faizi mühacirətdə olan Albaniya isə üçüncü sırada yer alıb.

Bosniya və Herseqovinanın böyük diaspora malik olmasının səbəbi 1992-95-ci illərdə baş verən müharibə, Albaniyanın isə 40 il müddətində kommunizm və beynəlxalq təcrid dövrü keçirməsidir.

Siyahıda dördüncü sırada 8 milyon vətəndaşı başqa ölkələrdə yaşayan Suriya yer alıb.

Qeyd edək ki, 151 ölkənin yer aldığı siyahıda sonuncu pillədə əhalisinin cəmi 1 faizi başqa ölkələrdə yaşayan ABŞ qərarlaşıb.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki