ABŞ-ın Pensilivaniya ştatında yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turinir keçirilib.
“Diaspornews.az” xəbər verir ki, yarışlarda Daşkənddə yaşayan soydaşımız Əmrah Hüseynov 60 kiloqram çəki dərəcəsində güləşərək gümüş medala layiq görülüb.
Qeyd edək ki, Əmrah Hüseynov Özbəkistanda doğulub. Onun atası Mehdi Hüseynov da Özbəkistanın tanınmış güləşçisidir. O, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi nəzdindəki güləş bölməsinin məşqçisi olub.