image-2000x150
image-img_20220227_184038backend

Ərəb Elektron Media Birliyi Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanat yayıb

image-768x150

Mənzil-qərargahı Küveytdə yerləşən Ərəb Elektron Media Birliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalı qırğını bəşəriyyət tarixində qalacaq bir qara ləkə kimi qiymətləndirilib.
Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağ dünyanın erməni silahlı qüvvələri tərəfindən törədilmiş qətl və dağıntı səhnələrini unutmadığını və unutmayacağını vurğulayaraq, beynəlxalq ictimaiyyətə itirilmiş ədaləti bərqərar etmək, şəhid və qurbanların hüquqlarını müdafiə üçün çağırış edib.
Birliyin sədri bu faciəvi hadisələrin bütün elementləri ilə soyqırımı olduğunu qeyd edərək diqqətə çatdırıb ki, İslam xalqlarının haqq işinin müdafiəsi onun rəhbərlik etdiyi təşkilatın əsas məqsədidir. O, həqiqətlərin dünyaya çatdırılması və Azərbaycan Respublikasının, onun qanuni hüquqlarının dəstəklənməsi üçün bütün mümkün dəstəyini əsirgəmədiyini qeyd edib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki